Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




BIHE Sərgisi

Qafqaz regionunda ən iri səhiyyə sərgisi olan BİHE bütün spektr üzrə məhsul və xidmətləri və eləcə də tibbi sahəsindəki ən son nailiyyətləri nümayiş etdirmək, bu sahəni təmsil edən mütəxəssisləri, tibbi avadanlıqların, vasitələrin və dərmanların istehsalçılarını və distribütorlarını bir araya gətirmək üçün unikal imkandır.

SƏRGİDƏ İŞTİRAK ETMƏYİN ÜSTÜNLÜKLƏRİ:

  • Şirkətin bütün məhsul və xidmətlər spektrini, eləcə də ən son nailiyyətlərini nümayiş etdirmək imkanı
  • Çoxlu sayda potensial müştərilərlə görüşmək və tibbi xidmətlər bazarında müəssisənizi tanıtmaq imkanı
  • Bu sektorun aparıcı xarici istehsalçıları və yerli sahibkarlar arasında işgüzar əlaqələrin qurulması
  • Mövcud biznes əlaqələrinin yenilənməsi və gələcəkdə müqavilələrin imzalanması üçün platformanın hazırlanması
  • Bazarda sahib olduğunuz imiciniz möhkəmləndirmək və inkişaf etdirmək
  • Bazarı və bazardakı rəqabəti tədqiq etmək imkanı

 

BİHE 2009 dair qısa məlumat

  • Təsis olma tarixi: 1995
  • Keçirilmə vaxtı: hər il
  • Ümumi sahə: 2640 kv.m.
  • İştirakçı şirkətlərin ümumi sayı: 74
  • İştirakçı dövlətlərin ümumi sayı: 13
  • Ziyarətçilər: 9,075

 

REKLAM KAMPANİYASI

  • Təkcə Azərbaycanın deyil, eləcə də Rusiya, Türkiyə, İran, Gürcüstan, Mərkəzi Asiya və digər ölkələrin tibb sektorunun bütün iri və kiçik müəssisələrini özündə cəmləşdirən peşəkar məlumat bazası üzrə 40.000 dəvətnamə biletinin birbaşa göndərilməsi
  • TV və radioda reklam
  • Metroda reklam
  • Bakı şəhərində posterlər, reklam lövhələri və düzbucaqlı reklam planşetləri
  • Ölkənin müalicə müəssisələrində posterlər
  • Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, İran və Mərkəzi Asiyanın ixtisaslaşdırılmış dərgilərində reklam və məqalələr
  • “ITE Group” şirkəti tərəfindən keçirilən digər ixtisaslaşdırılmış sərgilərdə reklam

 

RƏYLƏR

«Maliyyə-iqtisadi böhran bütün dünyada səhiyyə sahəsinə təsir etmişdir. Biz sevinc hiss ilə deyə bilərik ki, bu böhran Azərbaycanın iqtisadiyyatına o qədər də təsir etməyib. Azərbaycanda keçirilən bu ilki sərgidə dünyanın 13 ölkəsindən 74 şirkətin iştirak etməsi bunu bir daha sübut edir. Mən bu sərginin gələcəyinə inanıram və arzu edərdim ki, bu sərgi getdikcə daha da inkişaf etsin və onun iştirakçılarının sayı daha da artsın»

Elsevər Ağayev
Azərbaycan Respublikası Səhiyyə Nazirinin Müavini

 

«BİHE Sərgisi ilə paralel keçirilən “Stomatologiya” sərgisi mütəxəssislərin təcrübə mübadiləsi aparmaq məqsədi ilə bir araya gələrək görüşmələri, ən yeni avadanlıqların və eləcə də stomatologiya sahəsində yeni metodikaların nümayiş etdirilməsi üçün unikal imkan yaradır»

Rəna Əliyeva
Azərbaycan Stomatoloji
Assosiasiyasının Prezidenti


«Hesab edirik ki, bu tədbirin hər il keçirilməsi tibbi texnika bazarının və öz xidmətlərini təklif edən şirkətlərin inkişaf səviyyəsinin qiymətləndirilməsi, eksponentlər üçün isə tibbi avadanlığa olan tələbatın və mütəxəssis rəyinin öyrənilməsi baxımından olduqca məqsədəmüvafiq bir addımdır.
Sərgi təşkilatçılarına göstərdikləri peşəkarlığa, gözəl təşkilatçılıq işinə və məsələlərin operativ həllinə görə xüsusi minnətdarlığımızı bildiririk»

Qoşqar Təhməzli
Medeks Şirkətinin Baş Direktor
u





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  06/09/2010 07/09/2010
USD 0.8034 0.8036
EUR 1.0360 1.0291
GBP 1.2436 1.2360
RUR 0.0263 0.0262
HAVA



BIHE Azerbaijan is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek