Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sənaye xəbərləri

Azərbaycan Prezidenti tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

04.03.2010 20:28
Azərbaycan Prezidenti tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

bütün xəbərlər





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  06/09/2010 07/09/2010
USD 0.8035 0.8034
EUR 1.0300 1.0360
GBP 1.2391 1.2436
RUR 0.0262 0.0263
HAVA



BIHE Azerbaijan is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek